Çempionlar Liqasının pley-off mərhələlərində eyni komanda ilə iki görüşdə ən çox qol vuran futbolçuların adları müəyyənləşib.

çempionlar Liqasının pley-off mərhələlərində eyni komanda ilə iki görüşdə ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına əsasən, siyahıya Lionel Messi başçılıq edir.
 
Hazırda PSJ-nin formasını geyinən argentinalı superulduz "Barselona"da olarkən "Bayer"lə iki qarşılaşmada almanları 6 dəfə mərkəzə dəvət edib. Bu, 2011-12 mövsümünün 1/8 final mərhələsinə təsadüf edib.
 
Digər 3 oyunçu - Kriştiano Ronaldo, Yosip İliçiç və Erlinq Haland 5 qol vurmağı bacarıblar.
 
1. Lionel Messi (2011-12 mövsümü, "Barselona"): "Bayer"lə (3:1, 7:1) oyunlar – 6 (1,5) qol
2. Kriştiano Ronaldo (2016-17 mövsümü, "Real"): "Bavariya" ilə (2:1, 4:2) oyunlar – 5 (2,3) qol
3. Yosip İliçiç (2019-20 mövsümü, "Atalanta"): "Valensiya" ilə (4:1, 4:3) oyunlar – 5 (1,4) qol
4. Erlinq Haland (2022-23 mövsümü, "Mançester Siti"): "Leypsiq"lə (1:1, 7:0) oyunlar – 5 (0,5) qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest