19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 24-də və 27-də Şimali Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək. Matc.az xəbər verir ki, "Dalğa Arena"da baş tutacaq görüşlərin hakimləri açıqlanıb.
 
Hər iki matçı yerli referilər idarə edəcək. Kamran Əliyevin başçılıq edəcəyi ilk görüşün hakimlər briqadasında Asif Abdullayev, Rasim Axundov və Şamil İmanzadə yer alacaq.
 
İkinci matçda isə Əli Əliyev baş hakim olacaq. Orxan İbişov və Zakir Şükürzadə köməkçi, İslam Məmmədov isə dördüncü hakim qismində fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, hər iki görüş saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest