Türkiyənin "Qalatasaray" klubu ilə xeyriyyə oyunu keçirəcək "Qarabağ"ın bu matçdan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.
 
Matc.az xəbər verir ki, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda baş məşqçi Qurban Qurbanovun brifinqi keçiriləcək.
 
Saat 17:00-da isə komandanın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
 
Xatırladaq ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest