17 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Matc.az xəbər verir ki, yığmamız ikinci oyununu qrup oyunlarına ev sahibliyi edən Bosniya və Herseqovinaya qarşı keçirib.

Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunu Rumıniyadan olan hakim idarə ediblər. Matç meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlmişdi.

Aç-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup
25 mart

Bosniya və Herseqovina – Azərbaycan 2:0
Baş hakim: Ana Mariya Alexandra Tertelak (Rumıniya).
Etno Selo Stanişiçi stadionu (Biyelina).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest