Topaz Premyer Liqasının XXI turunda Ansi Aqolli "Qarabağ"da son oyununu keçirəcək. Albaniyalı müdafiəçi martın 15-də "Səbail"lə qarşılaşmadan sonra Ağdam klubu ilə vidalaşacaq. 37 yaşlı oyunçu bundan sonra karyerasını ABŞ-da davam etdirəcək.

Topaz Premyer Liqasının XXI turunda Ansi Aqolli "Qarabağ"da son oyununu keçirəcək. Matc.az saytı xəbər verir ki, albaniyalı müdafiəçi martın 15-də "Səbail"lə qarşılaşmadan sonra Ağdam klubu ilə vidalaşacaq.

37 yaşlı oyunçu bundan sonra karyerasını ABŞ-da davam etdirəcək. Belə ki, Albaniya millisinin sabiq kapitanı ikinci liqa təmsilçisi "Nyu-York Kosmos"la müqavilə anlaşıb.

Qeyd edək ki, Ansi Aqolli 2010-cu ilin yayından "Qarabağ"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest