"Real" mövsüm başa çatmamış ilk transferini həyata keçirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Porto"nun müdafiəçisi Eder Militao yayda "kral klubu"na üz tutacaq.

Yenidən baş məşqçi postuna qaytarılan Zinəddin Zidanın da razılığından sonra danışıqları intensivləşdirən madridlilər keçidi həll edib. İspanlar qarşı tərəfə 50 milyon avro ödəyib. Militaonun müqavilə müddəti isə 6 illik nəzərdə tutulub.

Qeyd edək ki, 21 yaşlı futbolçu müdafiənin mərkəzi ilə yanaşı, dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edə bilir. "Sao Paulo"nun yetirməsi olan Eder ötən ildən Braziliya yığmasına da çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest