Cənubi Amerika-2020 iki ölkədə keçiriləcək. Matc.az saytı xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) qərar verib.

Turnirin iki ölkədə - Argentina və Kolumbiyada keçirilməsi qərara alınıb. Maraqlıdı ki, adıçəkilən ölkələr qitənin fərqli yerlərində qərarlaşır. Turnirin həlli formulu da açıqlanıb. Hərəsində 6 komanda olmaqla 2 qrup olacaq. Argentina və Kolumbiya fərqli qruplarda yer alacaq. İlk 4 yerin sahibləri 1/4 finala vəsiqə qazanacaq.

Beləliklə, CONMEBOL Avstraliya və ABŞ-ın ev sahibliyi istəyini qəbul etməyib. Hətta yarışın Rusiya, çin və Qətərdə keçirilmə variantı da var idi. Lakin bu ölkələrdən rəsmi təklif olmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest