"Beşiktaş"ın qapıçısı Loris Karius FİFA-ya şikayət ünvanlayıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, almaniyalı qolkiper 4 aydı maaş almamasından narazıdı.

Hazırda icarə əsasında "ağ-qaralar"ın formasını geyinən 26 yaşlı oyunçu 500 min avroluq borcun 10 gün ərzində ödənilməsini tələb edib. FİFA-nın yaxın günlərdə "Beşiktaş" klubuna bununla bağlı xəbərdarlıq məktubu ünvanlaması gözlənilir.

Əgər İstanbul nəhəngi FİFA-nın təyin edəcəyi vaxta qədər oyunçunun alacağını ödəməsə, o zaman sanksiya ilə üzləşəcək. Belə ki, bu halda "Beşiktaş"ın çempionatda xalı silinəcək və komanda bir mövsümlük avrokuboklardan kənarlaşdırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest