Rusiya Premyer Liqasında XX tura start verilib. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" da növbəti oyununu keçirib.

Samara təmsilçisi səfərdə "Anji" ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 64-cü dəqiqdə meydana daxil olub. O, 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının ikinci qoluna imza atıb.

Bu, hücumçumuzun komandasının heyətində ardıcıl 3 matçda 3-cü qoludur.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 24 xal olan "Krılya Sovetov" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest