"Səbail"lə oyundan (2:1) sonra Ansi Aqolli "Qarabağ"la vidalaşıb. Karyerasını ABŞ-da davam etdirəcək 37 yaşlı oyunçunun ikinci liqa təmsilçisi "Nyu-York Kosmos"a qoşulacağı tarix artıq müəyyənləşib.

Topaz Premyer Liqasının XXI turunda "Səbail"lə keçirilən oyundan (2:1) sonra Ansi Aqolli "Qarabağ"la vidalaşıb. Matc.az saytının məlumatına görə, albaniyalı müdafiəçi karyerasını ABŞ-da davam etdirəcək.

37 yaşlı oyunçunun ikinci liqa təmsilçisi "Nyu-York Kosmos"a qoşulacağı tarix də artıq müəyyənləşib. Albaniya mətbuatı Aqollunun bazar ertəsi ABŞ-da olacağını yazıb. Xəbərdə bildirilib ki, veteran oyunçu həmin gün rəsmi müqaviləyə qol çəkəcək və ardından yeni komandasının heyətində ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Ansi Aqolli 2010-cu ilin yayından bəri "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest