"Real" mövsümün sonunda heyətini ulduz futbolçularla gücləndirməyi hədəfləyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu"nun əsas hədəflərinin PSJ-nin hücumçusu Neymar və "Mançester Siti"nin vingeri Rahim Sterlinq olduğu bildirilir.

Neymarı klub rəhbərliyi heyətə qatmaqda maraqlıdısa, Sterlinqi baş məşqçi Zinəddin Zidan ixtiyarında görmək istəyir. Fransalı mütəxəssis 2015-ci ildən "qaraladığı" ulduz futbolçunun, nəhayət ki, alınmasını istəyir.

"Kral klubu" bu iki oyunçunun keçidi üçün 300 milyon funt-sterlinq ayıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest