Braziliya yığmasının sabiq hücumçusu Aleşandre Pato çin klubu ilə yollarını ayırıb. Matc.az saytının Goal.com-a istinadən məlumatına görə, "Tyançzin Tyanxay" klubu 30 yaşlı futbolçu ilə müqaviləyə xitam verib.

Bununla Pato azad agent statusuna malik olub. Ulduz futbolçu onunla maraqlanan klubların təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bildirib. Bir müddət əvvəl onun keçmiş komandası "Milan"a qayıdacağı deyilirdi.

Qeyd edək ki, Pato karyerasının ən uğurlu dönəmini 2007-2013-cü illərdə "Milan"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest