Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib. Bu, yığmaya "Qarabağ"dan dəvət alan Maksim Medvedevdi. Millinin yeni baş məşqçisi Nikola Yurçeviç sarğını 30 yaşlı müdafiəçiyə həvalə edib.

Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu, yığmaya "Qarabağ"dan dəvət alan Maksim Medvedevdir.

Millinin yeni baş məşqçisi Nikola Yurçeviç sarğını 30 yaşlı müdafiəçiyə həvalə edib. Medvedev əvvəllər zərurət yarandıqda da kapitan olub. Amma bu dəfə o, əsas kapitan sayılacaq.

Təcrübəli oyunçu Xorvatiyaya qarşı AVRO-2020-nin seçmə oyunundan başlayaraq bu funksiyanı yerinə yetirəcək. Martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək görüş saat 23:45-də başlanacaq. 

Qeyd edək ki, əvvəlki baş məşqçi Qurban Qurbanovun dövründə sarğını "Keşlə"nin qapıçısı Kamran Ağayev daşıyıb. Yığma karyerasını başa vuranadək isə kapitan Rəşad Sadıqov olub.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest