İngiltərə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, yarımfinal cütləri müəyyələşib.

Böyük klublardan yalnız "Mançester Siti" yoluna davam edir ki, "şəhərlilər" final yolunda aşağı liqa təmsilçisi "Brayton"u sınağa çəkəcək. Digər cütlükdə isə "Uotford"la "Vulverhempton" üz-üzə gələcək. Bu mərhələnin oyunları aprelin 6-7-də keçiriləcək.

Qeyd edək ki, İngiltərə Kubokunda final görüşü mayın 18-də baş tutacaq. Hər üç qarşılaşma "Uembli" stadionunda oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest