Belçika çempionatında əsas mərhələyə yekun vurulub. Matc.az saytının məlumatına görə, 30 turdan sonra komandalar iki hissəyə bölünüb.

Yarışı ilk "altılıq"da tamamlayan "Genk", "Brügge", "Standard", "Anderlext", "Gent" və "Antverpen" çempionluq uğrunda bir-biriləri ilə mübarizə aparacaq. Burda ilk iki yerin sahibi çempionlar Liqasına, sonrakı 3 komanda isə Avropa Liqasına vəsiqə qazanacaq.

Digər komandalar öz aralarında Avropa Liqasına vəsiqə verən 1 yer uğrunda iki qrup şəklində mübarizə aparacaq. İlk mərhələni sonuncu pillədə tamamlayan "Lokeren" isə B divizionuna yuvarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest