"Qəbələ" Premyer Liqanın 33-cü turunun "Qarabağ"la səfər oyununun hazırlıq prosesini başa vurub.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" məşqləri tam heyətlə yekunlaşdırıb.
 
Xatırladaq ki, mayın 8-də "Azersun Arena"da baş tutacaq "Qarabağ" - "Qəbələ" matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest