Azərbaycan Premyer Liqasının 33-cü turunda keçiriləcək "Qarabağ" – "Qəbələ" qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb. Matc.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletlər sabah iticket.az və "Azersun Arena"nın kassasında satışda olacaq.
 
Klubdan verilən məlumatda o da bildirilir ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest