çexiya gənclər liqasında XXII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, Azərbaycanın U-21 yığmasının üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" bu gün səfər oyununa çıxıb.

Komanda Praqa derbisində lider "Sparta"nın qonağı olub. Qarşılaşmada hesabı ev sahibləri açsa da, "Slaviya" fasiləyə qədər nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib. 38-ci dəqiqədə status-kvonu bərpa edən qonaqlar 42-ci dəqiqədə məhz Nəbiyevlə önə keçib. Həmyerlimizin qolu "Slaviya"ya 2:1 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 29-a çatdıran "Slaviya" turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest