Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem Londonda xoşagəlməz hadisə ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, keçmiş yarımmüdafiəçi polis tərəfindən saxlanılıb.

Buna səbəb onun avtomobilini idarə edərkən telefonla danışması olub. Bu gün Bekhemin məsələsinə baxan yol polisi ona 6 bal və 200 funt-sterlinq məbləğində cərimə cəzası kəsib.

Qeyd edək ki, Devid Bekhem ötən il məhz Londonda qəza törətmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest