"Təəssüf ki, komandamızda itkilər var. Buna baxmayaraq, möhtəşəm futbolçulara sahibik və onlarla çox iş görə bilərik". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının futbolçusu Nikola Vlaşiç deyib.

22 yaşlı yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında komandasının AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunlar barədə fikirlərini bölüşüb. Vlaşiç Azərbaycan və Macarıstanla qarşılaşmalarda qələbəyə kökləndiklərini söyləyib: "Azərbaycanla oyuna ciddi yanaşmasaq, asan olacağını düşünsək, rəqib bizə təhlükə yaradar. Macarıstanla isə Budapeştdə oynamaq isə hər kəs üçün çətindi. Seçmə mərhələyə 6 xalla start götürmək istəyirik. Düzdü, rəqiblərdən daha üstün səviyyədə görünürük və ambisiyalı komandayıq. Ancaq gücümüzü meydanda göstərmək lazımdı. Bunun üçün də çox çalışmalıyıq".

Qeyd edək ki, martın 21-də yığmamızı qəbul edəcək xorvatlar bundan 3 gün sonra Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest