15 May 2023, 14:04
MPL
AFFA Lisenziya Komissiyası "Araz-Naxçıvan" və "Zaqatala"ya Premyer Liqada iştirak üçün lisenziya verib. Matc.az xəbər verir ki, qərar qurumun bugünkü iclasında verilib.
İclasda 2023-24 mövsümündə avrokuboklarda və Premyer Liqada iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
Lisenziya Komissiyası "Qarabağ", "Sabah", "Neftçi", "Zirə" və "Qəbələ"yə avrokuboklarda iştirak hüququ verib. "Turan Tovuz" və "Səbail" bundan məhrum edilib.
Premyer Liqada iştirak üçün isə avrokuboka lisenziya alanlarla yanaşı, "Turan Tovuz", "Səbail", "Sumqayıt", "Kəpəz", "Şamaxı", "Araz-Naxçıvan" və "Zaqatala"ya icazə verilib.
Əvəzində "İmişli", "Mingəçevir", MOİK və "Qaradağ Lökbatan"ın elitada iştirak müraciəti qəbul olunmayıb.