Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki ilk rəqibi Xorvatiya yığması baş məşqçisini dəyişə bilər. Baş məşqçi Zlatko Daliç sərfəli təklif alıb.

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki ilk rəqibi Xorvatiya yığması baş məşqçisini dəyişə bilər. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Zlatko Daliç sərfəli təklif alıb.

Belə ki, çinin "Dalyan İfan" klubu 53 yaşlı mütəxəssisin xidmətində maraqlıdı. çinlilər artıq onunla təmasa keçib və ilk təkliflərini ediblər. "Dalyan İfan" rəhbərliyi onun 3 illik müqavilə bağlamasını istəyib. Bunun qarşılığında Daliçə illik 10 milyon avro maaş vəd olunub. Mütəxəssisin Xorvatiya millisində illik məvacibi isə 1 milyon avro təşkil edir.

Qeyd edək ki, Xorvatiya ilə Azərbaycan arasında ilk oyun martın 21-də Zaqrebdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest