"Liverpul"un hücumçusu Sadio Mane karyerasını İspaniyada davam etdirə bilər. Matc.az saytının "France Football"a istinadən məlumatına görə, "Real" ulduz futbolçunun xidmətində maraqlıdı.

Yayda transferlərə külli miqdarda pul ayıracaq "kral klubu"nun hədəfindəki oyunçulardan biri də məhz Manedi. Baş məşqçi Zinəddin Zidan Seneqal millisinin üzvünü komandasında görmək niyyətindədi.

"Liverpul"un daha bir aparıcı siması Məhəmməd Salah da fransalı mütəxəssisin siyahısındadı. Madridlilər bu cütlükdən birini mövsümün sonunda almağa çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest