"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXXIV turunda evdə "Sabah"a qarşı keçirdikləri oyunu (0:4) şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXXIV turunda evdə "Sabah"a qarşı keçirdikləri oyunu (0:4) şərh edib. Matc.az xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Futbol oynayırsansa, ürəyini qoymalısan. Bu gün bizdə bu amil yox idi. Qapıçı səhvlərindən qurtula bilmirik. ötən oyundan sonra demişdim ki, bizə özümüzdən çox rəqiblərin nəticələri elitada qalmağa kömək edəcək. çünki oyunumuza bələdəm. "Sabah" kimi rəqiblərə qarşı oynaya bilmirik. Müdafiəçilərimizin kobud səhvləri olur. Qışda bu problemə son qoya bilmədik. İndi əziyyətini çəkirik. Tək "Sabah"dan yox, digər komandalardan da qol buraxırıq. çox maraqlı komandayıq. Bu gün qol epizodumuz da olmadı. Rəqibə isə qollar hədiyyə edtdik".
 
O, Premyer Liqada qalacaqlarına ümid etdiyini, lakin əmin olmadığını bildirib: "Hər komandanın uğursuz vaxtları olur. İndi də bizim növbəmizdir. Səbr etməli və problemləri aradan qaldırmalıyıq. Elitada qalsaq, köklü dəyişikliklər etməliyik. Məsələ tək transferlərlə bağlı deyil. İlin əvvəlindən işlər düz getmir. Belə hallar tək bizim başımıza gəlmir. Məsuliyyəti kiminsə üstünə atmırıq, belə dönəmləri olan komandalar var. çıxış yolu köklü dəyişikliklərdir. Mən heç vaxt əminliklə nəsə deməmişəm. Bunun üçün əlində yaxşı heyət olmalıdır. Mənim belə fikirlər səsləndirməyə əsasım yoxdur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest