Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXXIV turunun "Səbail" - "Qarabağ" oyununda baş verən neqativ hallara hüquqi qiymət verilib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXXIV turunun "Səbail" – "Qarabağ" oyununda baş verən neqativ hallara hüquqi qiymət verilib.
 
İctimai təhlükəsizlik düzgün təşkil olunmadığı üçün bakılılar 400 manat cərimələnib.
 
Qarşılaşma başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olub və bu, "Qarabağ"a 1600 manatlıq cərimə bahasına başa gəlib. Eyni zamanda, azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə, ağdamlılar daha 800 manat cərimələnib.
 
Görüş başa çatdıqdan sonra pirotexniki vasitənin yanması nəticəsində VAR sisteminin naqilləri zədələnib. Qərara əsasən, dəymiş zərər "Qarabağ" tərəfindən qarşılanmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest