19 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda mübarizəyə start verib. Matc.az saytının məlumatına görə, yığmamız birinci qrupda mübarizə aparır.

Bütün oyunları Rusiyada baş tutacaq qrupdakı ilk rəqibimiz meydan sahibləri olub. Krasnodarda keçirilən görüşdə qapılara qol vurulmayıb. Nəticədə yığmamız ilk oyununda aktivinə 1 xal yazdırıb.

Qeyd edək ki, qrupun digər oyununda İrlandiya Rumıniya üzərində 5:0 hesablı qələbə qazanıb. Vüqar Məmmədin kollektivi növbəti görüşünü martın 23-də irlandlara qarşı keçirəcək.

Aç-2019
Seçmə mərhələ, Elit raund
I qrup

 Azərbaycan – Rusiya - 0:0
Hakimlər: Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu, 5-ci meydança

Azərbaycan: 1. Nicat Mehbaliyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə,  8. Şakir Seyidov, 10. Kamran Quliyev, 11. Elvin Cəfərquliyev, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 23. Musa Qurbanlı, 24. Elnur İbrahimov
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 2. Rüstəm Nuriyev, 6. İdris İnqilablı, 9. Murad Mahmudov, 14.Zahid Mərdanov, 20. Sərhad Daşdəmir, 21. Zamiq Əliyev
Baş məşqçi: Vüqar Məmməd

Rusiya: 12. Anton Şitov, 3.İlya Martınov, 4.Aleksandr Mixaylov, 5. Pavel Maslov, 6.Vladimir Moskviçev, 8. Nail Umayrov (k), 9. Həmid Ağalarov, 10. Danila Yanov, 11. Vladislav Karapuzov, 17. Turqay Mexbalıyev, 19. Danil Prutsev
Ehtiyat oyunçular:1.Maksim Borisko, 2. Artyom Giurdjan, 13. Danila Proçliakov, 14. İlya Qomanyuk, 15. Rail Abdullin, 16. Mixail Aqeyev, 18. Dmitriy Molçanov, 20 Aleksandr çernikov
Baş məşqçi: Andrey Qordeyev

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest