Futbol üzrə 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi start götürür. Matc.az xəbər verir ki, ilk dəfə 12 ölkədə təşkil olunacaq sayca 16-cı qitə birinciliyinə vəsiqələr uğrunda mübarizəyə Azərbaycan millisi də qoşulur. Yığmamız 5 komandanın yer aldığı E qrupunda çıxış edəcək. 7-ci dəfə bu turnirə vəsiqələr uğrunda yarışacaq komandamızın seçmə mərhələdəki rəqibləri Xorvatiya, Uels, Slovakiya, Macarıstandı. Xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin baş məşqçisi olduğu komandamız ilk sınağına sabah çıxacaq.

ümumilikdə, Avropanın 55 yığması 10 qrupa bölünüb ki, bu qruplardan beşində 6, beşində 5 komanda yer alıb. 2019-cu ilin martından noyabrına qədər keçiriləcək seçmə mərhələdə hər qrupda ilk iki yeri tutan yığmalar AVRO-2020-nin həlledici raunduna yüksələcək.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.

AVRO-2020-nin seçmə mərhələsi

A qrupu: İngiltərə, çexiya, Bolqarıstan, Monteneqro, Kosovo
B qrupu: Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu: Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu: İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq
E qrupu: Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan
F qrupu: İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları,Malta
G qrupu: Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya
H qrupu: Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra
İ qrupu: Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San-Marino
J qrupu: İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn

21 mart

19:00 Qazaxıstan - Şotlandiya
20:00 Kipr - San-Marino
23:45 Belçika - Rusiya
23:45 Hollandiya - Belarus
23:45 Ş.İrlandiya - Estoniya
23:45 Xorvatiya  - Azərbaycan
23:45 Slovakiya - Macarıstan
23:45 Avstriya - Polşa
23:45 İsrail  - Sloveniya
23:45 Makedoniya  - Latviya

22 mart     
21:00 Bolqarıstan - çernoqoriya
23:45 İngiltərə - çexiya
23:45 Portuqaliya - Ukrayna
23:45 Lüksemburq - Litva
23:45 Moldova - Fransa
23:45 Albaniya - Türkiyə
23:45 Andorra - İslandiya

23 mart     
19:00 Gürcüstan - İsveçrə
21.00 Qibraltar - İrlandiya
21:00 İsveç - Rumıniya
21.00 Malta - Farer adaları
23:45 İspaniya - Norveç
23:45 İtaliya - Finlandiya
23:45 Bosniya - Ermənistan
23:45 Lixtenşteyn - Yunanıstan

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest