Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Sumqayıt" qarşılaşmasının biletləri bu gün saat 15:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.
 
Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletlər sabah @iticket.az-da onlayn, həmçinin "Azersun Arena"nın kassasında da satışda olacaq.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest