AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk turun daha 7 oyunu keçirilib. Matc.az saytının məlumatına görə, A, B və H qruplarında da mübarizəyə start verilib.

A qrupunda Bolqarıstanla Monteneqro qollu bərabərə qalıb. Digər görüşdə İngiltərə çexiyanı darmadağın edib.

B qrupunda Portuqaliya və Ukrayna arasındakı görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Qonşu Türkiyə yığması H qrupunda birinci oyununa çıxıb. Şenol Günəşin baş məşqçi postuna qayıdışından sonra ilk matçını keçirəcək "ay-ulduzlular" Albaniyanı səfərdə məğlubiyyətə uğradıb.

Qrupun favoriti olan son dünya çempionu Fransa isə Moldovada ev sahiblərinə asanlıqla qalib gəlib.

 

AVRO-2020-nin seçmə mərhələsi
22 mart
A qrupu

Bolqarıstan – Monteneqro - 1:1

Nedelev, 82 (pen.) - Muqoşa, 50

İngiltərə - çexiya - 5:0

Sterlinq, 24, 62, 68; Harri Keyn, 45+2 (pen.); Kalaş, 84 (avtoqol)

B qrupu

Lüksemburq – Litva - 2:1

Barreyro, 45; Rodriges, 55 - çernıx, 14

Portuqaliya – Ukrayna - 0:0

H qrupu

Albaniya – Türkiyə - 0:2

Burak Yılmaz, 21; Hakan çalhanoğlu, 55

Andorra – İslandiya - 0:2

Byarnason, 22; Kyartansson, 80

Moldova – Fransa - 1:4

Ambros, 89 - Qrizmann, 24; Varan, 27; Jiru, 36; Mbappe, 87

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest