Almaniya Bundesliqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib. Matc.az xəbər verir ki, ikinci Bundesliqada mövsümü çempion kimi başa vuran "Haydenhaym" əsas Bundesliqaya vəsiqə qazanıb.
 
Sözügedən komanda bunu mövsümün sonuncu turunda səfərdə "Regensburq"a üzərindəki 3:2 hesablı əzmkar qələbə sayəsində bacarıb. Haydenhaymlıların qələbə qolu isə 90+9-da Tim Klayndinstindən gəlib.
 
Beləliklə, mövsümü 67 xalla başa vuran bu komanda həm çempionluğu, həm də Almaniya Bundesliqasına vəsiqəni bayram edib. Bundesliqaya vəsiqəni daha öncə təmin etmiş "Darmştadt" isə liderliyi bu komandaya təhvil verməli olub. Buna darmştadtlıların son turda səfərdə "Qroyter"ə 0:4 hesablı məğlubiyyəti səbəb olub. Hər iki komanda mövsümü 67 xalla başa vurmasına baxmayaraq, daha yaxşı göstəricilərə malik "Haydenhaym" çempion elan edilib.
 
66 xalla üçüncü olan "Hamburq"u isə pley-off oyunları gözləyir. Sözügedən komanda əsas Bundesliqanı 16-cı yerdə bitirən "Ştutqart"ı sınağa çəkəcək. Bu komandaların ilk pley-off görüşü iyunun 1-də "Ştutqart"ın, cavab matçı isə ayın 5-də "Hamburq"un meydanında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest