""Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. Seçmə mərhələnin əvvəlində vacib 3 xal qazandıq"

"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. Seçmə mərhələnin əvvəlində vacib 3 xal qazandıq. İndi bizi Macarıstanla səfər oyunu gözləyir". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, qonaq komanda çox motivasiyalı olub. O, oyunun əvvəllərində çoxlu imkan yarada bilməmələrindən şikayətlənib: "Amma bu, hələ seçmə tsiklin əvvəlidir. Əsas məsələ odur ki, 3 xal qazandıq".

Qeyd edək ki, Xorvatiya Macarıstanla martın 24-də Budapeştdə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest