"Benfika"nın hücumçusu Joao Feliş uğrunda mübarizə gərginləşir. Matc.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, son olaraq "Mançester Siti" gənc futbolçunu heyətinə qatmaq fikrinə düşüb.

"Şəhərlilər"in idman direktoru çiki Beqiristayn martın 14-də "Benfika"nın Avropa Liqasının 1/8 final mərhələsində "Dinamo" (Zaqreb) ilə oyununu tribunadan izləyib. Beqiristaynın bəyəndiyi 19 yaşlı portuqaliyalı üçün "şəhərlilər" 120 milyon avro ödəməyə hazırdı.

Ancaq Mançester təmsilçisi bunun üçün "Yuventus", "Mançester Yunayted" və "Real"a qalib gəlməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest