Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar. Matc.az xəbər verir ki, belə komandalardan biri də "Qarabağ"dı.

çempionluq uğrunda mübarizə aparan Ağdam təmsilçisi Premyer Liqanın aşağı sıralarında qərarlaşan "Zirə" ilə üz-üzə gələcək. Komandalar martın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, komandalar bu ayın 9-da Premyer Liqanın XX turu çərçivəsində qarşılaşmış və görüş qolsuz bərabərliklə nəticələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest