"Milan" yarımmüdafiəçisi Frank Kessini transferə çıxarıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "rossonyerlər" Fil Dişi Sahilidən olan futbolçusuna qiymət də qoyub.

Belə ki, rəhbərlik 23 yaşlı orta sahə oyunçusunu 40 milyon avroya satmağa razılıq verib. Hazırda onun xidmətində ən çox maraqlı olan klublar "Arsenal", "Tottenhem" və PSJ-di.

"Milan" Kessini 2017-ci ildə 8 milyon avroya "Atalanta"dan 2 illik icarəyə götürmüşdü. Lakin bu yaxınlarda 24 milyon avroluq transfer məbləğini ödəyərək, oyunçu ilə 2021-ci ilə müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest