UEFA çempionlar Liqasının bəlli olub. Matc.az xəbər verir ki, İstanbulda keçirilən final oyununda "Mançester Siti" və "İnter" üz-üzə gəlib.
Atatürk Olimpiya Stadionunda polşalı hakimlər briqadasının idarə etdiyi oyunun ilk yarısında qapılara top vurulmayıb. 36-cı dəqiqədə "şəhərlilər" itki ilə üzləşiblər. Əzələsi dartılan Bruyneni Fil Foden əvəzləyib.
Hesab isə ikinci hissədə açılıb. 68-ci dəqiqədə Rodri komandasını önə çıxarıb. Bundan 3 dəqiqə sonra "İnter" bərabərlik topunu vurmağa yaxın olsa da, Dimarkonun zərbəsi qapı tirindən qayıdıb.
Qalan vaxt ərzində qapılara top vurulmayıb və "Mançester Siti" tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.
10 iyun
çempionlar Liqası, final
"Mançester Siti" (İngiltərə) – "İnter" (İtaliya) - 1:0
Qol: Rodri, 68
İstanbul, Atatürk Olimpiya stadionu. Hakim: Şimon Marçinyak
"Mançester Siti": 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola