Albaniya millisinin baş məşqçi Kristian Panuççini istefaya yollanıb. Matc.az saytının məlumatına görə, italiya mütəxəssisin qovulmasına səbəb Türkiyəyə 0:2 hesablı məğlubiyyət olub.

Aç-2020-nin seçmə mərhələsi çərçivəsində qardaş Türkiyə yığması ilə qarşılaşan balkanlılar yekunda yenilgiyə üzülüblər. Bu, 2018-ci ildən Albaniya yığmasında çalışan Panuççi üçün son qarşılaşma olub.

Martın 25-də Andorra ilə oyuna isə komandanı Panuççinin köməkçiləri Ervin Bulku və Süleyman Memanın çıxardacağı gözlənilir.

Qeyd edək ki, Bulku 2011-2012-ci illərdə ölkəmizdə çıxış edib. O, AZAL-ın şərəfini qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest