"Liverpul" və "Milan"ın əfsanələri xeyriyyə matçında üz-üzə gəliblər. Matc.az saytının məlumatına görə, "Enfild" stadionunda təşkil olunan görüşdə Stiven Cerard, Andrea Pirlo, Maykl Ouen, Yeji Dudek, Dida, Kafu, Ceymi Karraqer, Dirk Kayt, Cibril Sisse, Paolo Maldini, Kaka, Filippo İnzaqi, Ruy Koşta, Cennaro Qattuzo, Cuzeppe Pankaro, Kostakurta, Kafu, Kaxa Kaladze kimi ulduzlar iştirak ediblər.

Oyun "Liverpul" əfsanələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İngilislərin heyətində Robbi Fauler, Cibril Sisse və Cerrard, "Milan"da isə Andrea Pirlo və Cüzeppe Pankaro fərqləniblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest