"Macarıstan bizimlə oyuna hazırlıqlı olacaq. Lakin biz qələbəyə nail olmaq istəyirik. Bunun üçün mütəşəkkil, səbirli olmalıyıq. Top bizdə olduqda təzyiq etməli, rəqib üzərimizə gəldikdə isə boş zonaları bağlamalıyıq"

Xorvatiya milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu İvan Rakitiç oyunu barədə yüksək fikirdə olan portuqaliyalı mütəxəssis Joze Mourinyoya təşəkkür edib.

Matc.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Mourinyonu dünyanın ən yaxşı ekspertlərindən biri adlandırıb. "Bilmirəm atam Jozedən yaxşı fikirlər səsləndirib, ya yox. Belə komplimentlər mənə çox xoşdur", deyə Rakitiç bildirib.

AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycana 2:1 hesabı ilə qalib gələn Xorvatiya bu gün Macarıstanın qonağı olacaq. Təcrübəli xavbek Budapeşti görməyə yox, qələbə qazanaraq, Avropa çempionatına doğru daha bir addım atmağa getdiklərini bildirib. O, azarkeşlərdən səbirli olmalarını istəyib: "Macarıstan bizimlə oyuna hazırlıqlı olacaq. Lakin biz qələbəyə nail olmaq istəyirik. Bunun üçün mütəşəkkil, səbirli olmalıyıq. Top bizdə olduqda təzyiq etməli, rəqib üzərimizə gəldikdə isə boş zonaları bağlamalıyıq. Azərbaycanla oyunda bu, maksimum alınmadı. Yaxşı müdafiə olunsaq, hücumda da bizə asan olacaq".

Qeyd edək ki, "Groupama Arena"da keçiriləcək Macarıstan - Xorvatiya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest