"Yuventus"un hücumçusu Kriştianu Ronaldo keçmiş komandası "Real"ın daha bir futbolçusu ilə yenidən çiyin-çiyinə çıxış etmək istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduz Marselodan sonra Rafael Varanın da alınmasının tərəfdarıdı.

34 yaşlı qol "maşını" bununla bağlı "Yuventus" rəhbərliyinə müraciət də edib. O, "qoca sinyora"dan yayda Varanın alınmasını xahiş edib. Ronaldo Madrid klubundan ayrılmağı qərara alan Fransa millisinin üzvünün "Yuve"yə çox kömək edəcəyini düşünür.

Qeyd edək ki, "Real"la müqavilə müddəti 2022-ci ilə qədər olan Rafael Varan 90 milyon avro müqabilində başqa kluba keçə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest