"Plana uyğun olaraq əlimizdən gələni etdik, minimum hədəfə çatdıq". Matc.az saytı xəbər verir ki, bunu Litva yığmasının qapıçısı Ernestas Setkus deyib.

Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşündə ehtiyatda oturan 34 yaşlı qolkiper minimum tapşırığın öhdəsindən gəldiklərini düşünür.

Hayfa "Hapoel"inin qapıçısı ikinci hissəni zəif keçirdiklərini də etiraf edib: "Hər şey bizim əlimizdə idi. Lakin ilk hissənin sonlarında istəyimizə çata bilmədik. İkinci hissədə isə, demək olar ki, heç bir şansımız olmadı. Qələbə qazanmağa çalışdıq, ancaq buna ustalıq səviyyəsi çatmadı. Rəqibə meydanda boş sahə verməməyə çalışdıq. Eyni anda həm müdafiədə etibarlı oynamaq, həm də qol axtarışında olmaq çətindi. Yalnız qol buraxdığınız zaman başqa planlar qurmalı olursunuz".

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən Azərbaycan - Litva matçı 0:0 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest