"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba "Real"a keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" fransalı oyunçunun xidmətində maraqlıdı.

Ulduz futbolçunun meneceri Mino Rayola ispanlarla danışıqlara artıq başlayıb. Madrid təmsilçisi Fransa millisinin üzvünə illik 13,5 milyon funt-sterlinq ödəməyə hazırdı. Əgər transfer reallaşsa, Poqba "Real"ın ən yüksək ödənişli oyunçusuna çevriləcək. Hazırda komandada ən çox maaşı Qaret Beyl (12 milyon funt-sterlinq) alır.

Poqbanın MY-dəki illik qazancı isə 8,5 milyondu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest