Hollandiyanın Amsterdam şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) Baş Assambleyası keçirilib. Matc.az saytı xəbər verir ki, qitənin 232 klubunun qatıldığı yığıncaqda əsas müzakirə mövzusu yeni turnirin yaradılması ətrafında olub.

FİFA-nın 2024-cü ildən klublararası dünya çempionatının formatını dəyişməsindən narazı olan Avropa təmsilçiləri özləri üçün daha maraqlı turnirin keçirilməsinin tərəfdarıdı. Superçempionlar adlanacaq yarışda qitənin 32 komandası mübarizə aparacaq.

Yeni layihə 8 qrupda 4 komandanın qatıldığı çempionlar Liqasından fərqlənəcək. Bu turnirdə iştirakçılar hərəsində 8 komanda olmaqla 4 qrupa bölünəcəklər.

ECA-nın təşkil etmək istədiyi bu turnirin oyunları həftəarası deyil, şənbə-bazar günləri baş tutacaq. Görüşlərin vaxtı isə teleyayımda maraqlı olan böyük şirkətlərin, o cümlədən Asiya kanallarının marağı nəzərə alınacaq. Layihənin detalları üzərində ECA və UEFA-nın İcraiyyə Komitələri üzvlərindən təşkil olunan komissiya işləməlidi.

Tədbirdə bildirilib ki, yarışın final matçı Avropadan kənarda keçirilə bilər. çünki həlledici matçı keçirmək istəyənlər arasında bütün qitələrin təmsilçiləri var. Maraqlıdı ki, Azərbaycanın da adı bu ölkələr siyahısında çəkilib. Həmçinin Rusiya, ABŞ, Yaponiya, çin, Qətər, BƏƏ, Avstraliya, Səudiyyə Ərəbistanı, Sinqapur da burada yer alıb.

Qeyd edək ki, ECA-nın üzvləri arasında Azərbaycanın üç klubu – "Neftçi", "Qarabağ" və "Qəbələ" də var.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest