"Liverpul"un lideri Məhəmməd Salahın çəkdirdiyi bir şəkil başına bəla olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, forma imzalanma mərasimində bir qadın azarkeşin hərəkəti müzakirə mövzusuna çevrilib.

Belə ki, xanım fanat avtoqraf aldıqdan sonra superulduzu qucaqlayıb. Gizli çəkilən şəkil mətbuata yayıldıqdan sonra anası Salaha qulaqburması verib. Belə ki, Britaniya mətbuatı anasının misirli oyunçuya yazdığı mesajı ələ keçirib.

Şəkli oğluna göndərən ana onun evli olduğunu xatırladıb və zarafatla "əgər atan belə vəziyyətlə üzləşsəydi, onu boşaya bilərdim", - yazıb. Daha sonra isə Salah bu mesajlaşmanı instaqram hesabı vasitəsilə paylaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest