UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib. Matc.az saytı xəbər verir ki, Şimali Makedoniyada təşkil olunan yarışda rəqib ev sahibləri olub.

Oyun Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasının 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla komandamız 4 komanda arasında sonuncu yeri tutub.

Qeyd edək ki, millimiz ilk iki oyununda əvvəlcə Gürcüstana (0:2), ardından isə Səudiyyə Ərəbistanına (1:2) uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest