"Bavariya"nın hücumçusu Serj Qnabri karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan" 24 yaşlı oyunçunun xidmətində maraqlıdı.

"Rossonyerlər" son vaxtlar əla forma yığan Almaniya millisinin üzvü üçün 50 milyon avrodan çox pul ayırıb. Lakin Aryen Robben və Frank Riberinin yayda ayrılacağını nəzərə alan münhenlilər Qnabrini satmaq istəmir. Almaniya nəhəngi əksinə, onu gələn mövsüm əsas heyət qismində görür.

Qeyd edək ki, Serj Qnabri bu mövsüm 31 oyunda iştirak edib, 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest