Azərbaycan millisinin Xorvatiya (1:2) və Litva (0:0) ilə oyunlarına dəvət edilən Rüfət Dadaşov Almaniyaya qayıdıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, forvard "Proyssen"də məşqlərə başlayıb.

Onun yığmadan sağlam dönməsi III Bundesliqa klubunun baş məşqçisi Marko Antverpeni sevindirib. 48 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Dadaşovun ilk məşqindən razı qaldığını söyləyib: "Rüfətin yığmadan zədələnməmiş qayıtması məni çox sevindirdi. Komanda ilə məşqlərə də fəal qoşuldu. Onun, eləcə də digər hücumçularımızın formaya düşməsi bizim üçün çox vacibdi. çünki qarşıda vacib oyunlarımız var".

Qeyd edək ki, "Proyssen" III Bundesliqanın XXXI turu çərçivəsində martın 30-da "Vurzburger"in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest