"Mançester Yunayted"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, hazırkı çalışdırıcı Ole-Qunnar Sulşer komandanın baş məşqçisi kimi təsdiqlənib.

Dekabrda müvəqqəti baş məşqçi postuna gətirilən Sulşer "qırmızı şeytanlar"la rəsmi müqavilə imzalayıb. Belə ki, 46 yaşlı mütəxəssis klubla 3 illik anlaşmaya imza atıb.

Qeyd edək ki, "Mançester Yunayted" Ole-Qunnar Sulşerin rəhbərliyi altında keçirdiyi 19 oyunun 14-də qələbə qazanıb, 2-də bərabərə qalıb, 3 dəfə məğlub olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest