PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo "Real"a keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ötən il "Barselona"nın gündəmində olan futbolçunu kataloniyalıların əzəli rəqibi heyətinə qatmaq niyyətindədi.

23 yaşlı orta sahə oyunçusunun müqavilə müddətinin mövsümün sonuna qədər olması "kral klubu"nu daha da həvəsləndirir. Madridlilərin baş məşqçisi Zinəddin Zidan rəhbərliklə görüşündə həmyerlisinin keçidində maraqlı olduğunu bildirib.

AS nəşrinin məlumatına görə, Rabyonun yayda "Real"a keçmək şansı ən yüksək ehtimaldı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest