Apreldə İzmirdə U-12-lər arasında beynəlxalq turnir keçiriləcək. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 6-cı dəfə təşkil edilən İzmir Kuboku turnirində 24 fərqli ölkədən 1300-ə yaxın futbolçu qüvvəsini sınayacaq.

5-7 aprel tarixlərində "Altınordu" tərəfindən təşkil olunacaq yarışa Azərbaycan klubları da qoşulacaq. Belə ki, "Qəbələ" və "Neftçi"nin U-12 komandası turnirdə iştirak edəcək. Təmsilçilərimizlə yanaşı, daha 70 klubun uşaq komandası mübarizə aparacaq. İştirakçılar arasında "çelsi", "Milan", "Latsio", "Mançester Siti", "Porto", "Ayaks", "Marsel", "Valensiya", həmçinin yerli "Qalatasaray", "Beşiktaş", "Trabzonspor" və "Fənərbaxça"nın yeniyetmələri də olacaq.

Oyunlar 11 müxtəlif meydançada keçiriləcək və hər biri 20 dəqiqədən ibarət olacaq. İlk iki gündə qrup mərhələsi, aprelin 7-də isə çempionu müəyyənləşdirəcək final mərhələsi keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest