"Yuventus"un qol "silahı" Kriştianu Ronaldo çempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks"la ilk oyunu buraxa bilər. Matc.az saytı xəbər verir ki, bunu Turin klubunun baş məşqçisi Massimiliano Alleqri deyib.

O bildirib ki, zədədən əziyyət çəkən portuqaliyalı superulduzun həmin görüşdə iştirakı sual altındadı: "Ronaldonun durumu yaxşıdı, gəzməyə başlayıb. Ancaq tam yaxşı olana qədər oynamayacaq. "Ayaks"la ilk oyunu buraxa bilər və bunu özü də bilir. özünü yaxşı hiss etməyəcəyi təqdirdə, meydana çıxmayacaq. Diqqətli olmalıyıq, çünki mövsümün əsas mərhələsinə girmişik. Risk edib uzunmüddətli zədələnməkdənsə, yüz faiz hazır olana qədər meydana çıxmaması yaxşıdı".

Qeyd edək ki, Ronaldo Portuqaliya yığmasının heyətində AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə matçda zədələnib. "Ayaks"la "Yuventus" arasında ilk görüş isə aprelin 10-da Amsterdamda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest